"Abacus Audit And Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti - Azərbaycanın audit, mühasibat və vergi uçotu, maliyyə, hüquq və idarəetmə məsləhətləri sahəsində xidmət göstərən aparıcı şirkətlərdən biridir. 

"Abacus Audit And Consulting" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsası 2017-ci lin fevral ayında qoyulmuşdur.

"Abacus Audit And Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ildən etibarən Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvüdür (21 iyul 2017-ci il tarixli, AT/135 saylı lisenziya).

"Abacus Audit And Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti milli bazar üçün nadir olan kadrlar, texnologiya və təcrübəyə malikdir. Məhz bu xüsusiyyətlər "Abacus Audit And Consulting" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycanda audit və konsaltinq sahəsində liderlər siyahısına daxil olmaq imkanını yaradıb.

Audit, vergi uçotu və vergitutma, konsaltinq xidmətləri sahəsində yüksək naliyyətlərə müvəffəq olmağın əsas yolu ilk növbədə ən çətin məsələləri həll etməyi bacaran yüksək peşəkar mütəxəssislərin bir komanda şəklində fəaliyyəti sayəsində baş  tutması təkzib olunmaz bir faktdır
Biz hər zaman mühasibat və vegi uçotu, hüquq və idarəetmə sahələrində ən təcrübəli mütəxəssisləri axtararaq şirkətimizdə işləməyə dəvət edirik, daima işçilərimizi təlimləndiririk, ixtisaslaşdırılmaya və əlaqəli sahələrdə yeni biliklərə sahib olmağa stimullaşdırırıq.
Bizim əməkdaşların yüksək peşəkarlığı, geniş sahə təcrübəsi və mükəmməl üsullardan istifadə etməsi keçirilən işlərin effektivliyinə və əmək sərfiyyatının azalmasına əhəmiyyətli dərəcədə kömək edir. Bütün bunlar xidmətlərin yüksək keyfiyyətlə və münasib qiymətlə təqdim edilməsini təmin edir. 

Əminliklə deyə bilərik ki, "Abacus Audit And Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti effektiv və qarşılıqlı faydalı əməkdaşlıq üçün bütün xüsusiyyətlərə malikdir və aşağıdakı üstünlüklərə və güclü tərəflərə sahibdir:

  • Audit və konsaltinq sahəsində uzunmüddətli təcrübəsi olan yüksək kvalifikasiyalı və səriştəli heyyət;
  • Müştərinin xidmətləndirilməsində kompleks şəklində yanaşma, daha dəqiq desək həm vergitutma, həm də digər sahələrdə səriştəsi olan auditorların, maliyyə analitiklərinin, biznes-konsultantlarının, hüquqşunasların birgə çalışması;
  • Sifarişçinin ehtiyaclarının detallı öyrənilməsi, müştəriyə lazım olan xidmət həcminin müəyyənləşdirilməsi və buna uyğun münasib qiymətin təyin edilməsi  nəticəsində yaranan yüksək rəqabət aparma bacarığı;
  • Reytinqlərlə müəyyənləşdirilmiş qərəzsiz etibar və nüfuz;

Bizim haqqımızda oxuyun, xidmətlərimiz haqqında daha çox məlumat əldə edin. Zəng edin, yazın, ziyarət edin. Hər zaman köhnə dostlarla iş birliyinə hazırıq və yeniləri ilə tanış olmaqdan məmnun qalacağıq.