Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. 

"Abacus Audit And Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq yüksək beynəlxalq hədəfləri olan şirkətlərin biznes inkişafına yardım göstəririk. Onlara müəyyən risklərin qarşısının alınmasında, gündəlik şirkətdaxili audit yoxlanışlarında köməklik edirik.

"Abacus Audit And Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq aşağıdakı audit xidmətlərini təklif edirik:

Xidmətlər
Hüquqi Xidmətlər Audit Abacus Akademiyası (treyninqlər) Vergi Uçotu Qiymətləndirmə Konsaltinq Mühasibat Uçotu