ƏDV-yə aid izahlı məsələ

ƏDV ödəyicisi olan "A" şirkəti 2021-ci ilin fevralında malı müştəriyə satıb, müştəri də ödənişi həmin ayda POS terminal vasitəsilə həyata keçirib. Lakin həmin məbləğ "A" şirkətinin bank hesabına 2021-ci ilin martında mədaxil olub. Gəlin görək bu əməliyyatı "A" şirkəti fevral yoxsa mart ayının bəyannaməsində əks etdirməlidir?

Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır. Ona görə də, "A" şirkəti bu əməliyyatı pul vəsaitinin bank hesabına daxil olduğu vaxtda, yəni 2021-ci ilin mart ayının ƏDV bəyannaməsində göstərməlidir.