Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması barədə

Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır:
. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;
. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması;
. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında;
. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması;
. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi;
. yeni qərarın qəbul edilməsi.

Əsaslandırma: Vergi Məcəlləsi 49.1-ci, 49.1.1- 49.1.6-cı maddələri.