Human Resources

Kadr kargüzarlığı və Miqrasiya xidməti

"Abacus Audit And Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti kadr kargüzarlığı və miqrasiya xidmətinin təşkili sahələri üzrə aşağıda qeyd olunan xidmətləri təklif edir:

1.Kadr kargüzarlığı üzrə xidmətlərə daxildir:

  • Kadr uçotunun AR qanunvericiliyə uyğun təşkili;
  • İcbarı Sığorta əməliyyatların icrası;
  • Əməkdaşların şəxsi işlərinin yaradılması;
  • Xəstəlik vərəqəsinin, Sosial və Əmək məzuniyyətinin rəsmiləşdirilməsi (Əmr və digər sənədlərin yazılması);
  • İşçilərin əmək kitabçalarının yazılması;
  • Əmək müqavilələrinin tərtibatı;
  • Əmək müqavilələrinə əlavə sazişlərin və vəzifə təlimatlarının işlənib hazırlanması və
    tərtib edilməsi;
  • Lokal normativ aktların: daxili əmək intizamı qaydalarının, fərdi məlumatların
    qorunması haqqında əsasnamənin və əməyin mühafizəsi haqqında əsasnamənin və s. işlənib
    hazırlanması;
  • Ştat cədvəlinin və məzuniyyətlər qrafikinin tərtib edilməsi;
  • Şəxsi heyət üzrə əmrlərin tərtib edilməsi (işə qəbul, başqa işə keçirilmə, məzuniyyət və
    işdən çıxarılma);
  • İşçilərin EHP (elektron hökümət portalında) rəsmi qeydiyyata alınması;
  • Əmək kitabçalarının tərtib edilməsi və doldurulması.

Bu xidmət sahəmiz yeni yaradılmış şirkətlər və ya yeni filiallar açan şirkətlər, və yaxud ümumiyyətlə kadr kargüzarlığı aparılmayan şirkətlər üçün aktualdır.

2. İnsan resurslarının idarə edilməsi üzrə şablon sənəd hazırlamaq xidməti “Abacus Audit And Consulting” ” olaraq fiziki və hüquqi şəxslərə insan resurslarının idarə edilməsi üzrə ehtiyyac duyulan istənilən qaydanın və sənəd şablonlarının peşəkar və təcrübəli mütəxəssislər tərəfindən hazırlanmasını və təhvil verilməsi xidmətini təşkil edirik.

3. Outsourcing xidməti “Abacus Audit And Consulting” MMC tərəfindən fiziki və hüquqi şəxslərə biznes proseslərinin idarə edilməsində və xərclərə qənaət etməklə peşəkar mütəxəssislərdən ibarət komandamızla OUTSORCİNG xidməti formasında kadr kargüzarlığının həyata keçirilməsi xidmətini təklif edirik.

4. Kadr sənədləşdirilməsinin “Abacus Audit And Consulting” MMC tərəfindən fərdi sahibkarlar və hüquqi şəxslərə “Kadr sənədləşməsinin auditi” xidmətini təklif edirik. Biznesdə maliyyə və hüquqi risklərin müəyyən edilməsi, onların qarşısının alınması və risklərin minimum endirilməsi üçün peşəkar mütəxəssislərdən ibarət komanda ilə biznes subyektinin auditi həyata keçirilir. Kadr auditinin nəticələri əsasında yaranan informasiya təşkilatın və müəssisənin  fəaliyyətində kadrların idarəedilməsi sistemində mövcud olan nöqsanları operativ sürətdə aşkar etməyə və təshih edilməsi yollarını müəyyənləşdirməyə imkan verir.

5. Migrasiya xidməti:

  • Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində
    müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması);
  • Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul
    olmaları üçün iş icazələrin verilməsi;
  • Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində
    daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) 

Aslan AHMEDOF © 2024. All Rights Reserved.