Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi

Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi
ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin mənimsəməsi şəklində dövlət büdcəsinə və
yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

Asif-Eliyev

Vergi auditi:

  • Müəssisənin AR vergi qanunvericiliyinə əməl etməsinin  yoxlanılması, vergi hesabatlarının düzgünlüyünün təsdiq edilməsi;
  • Fiziki və hüquqi şəxslərin verginin hesablanması və ödənilməsi üzrə konsultasiyası;
  • Vergi yoxlamalarının müşahidəsi. Vergi yoxlamasının aktı üzrə etirazların hazırlanması;
  • Vergi mübahisələrinin aparılmasında yardım:
         • yuxarı vergi orqanına apelyasiya şikayətinin hazırlanması,
         • ərizələrin, şikayətlərin, xahişlərin və digər prosessual sənədlərin hazırlanması,
         • məhkəmə orqanlarında vergi ödəyicisinin maraqlarının təmsil edilməsi;
  • Vəzifəli şəxslərin müəssisənin vergi mübahisələri ilə bağlı cinayət işləri üzrə müdafiəsi;
  • Nəzərdə tutulan sazİşlərin vergi nəticələrinin qiymətləndirilməsi;
  • Vergi planlaşdırma sisteminin qurulması;
  • Vergi uçotunun aparılması, vergi bəyannamələrinin tərtib edilməsi və AR qanunvericiliyi əsasında ödəniləcək vergilərin hesablanması;
  • Vergi uçotunun qurulması və ya bərpa edilməsi;
  • Vətəndaşlara fiziki şəxslərin gəlirləri üzrə bəyannamələrin doldurulmasında yardım;
  • Vergitutma və mühasibat uçotunun məqsədləri üçün uçot siyasətinin işlənməsi və funksiyası;
  • Vergi sualları üzrə seminarların keçirilməsi.

Aslan AHMEDOF © 2024. All Rights Reserved.