Rüfət Zeynalov

Abacus Audit and Consulting MMC-nin İdarəedici partnyoru, Auditor

Brief info

İlk əvvəl böyük minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, bu təqdimatı nəzərdən keçirmək üçün vaxt ayırmısınız. «Abacus Audit and Consulting» Məhdud Məsuliyyətli Cəmiyyət 2017-ci ildə təsis olunub ve Auditorlar Palatasının üzvləri sırasına daxildir. Mən hesab edirəm ki, Azərbaycan sahibkarları və iş adamları audit şirkətlərinin müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə alaraq ölkəmizdə tətbiqini genişləndirməklə iqtisadiyyatımızın müxtəlif sahələrinin inkşafına töhfə verməsinə müsbət yanaşır. Mənim rəhbərlik etdiyim şirkət Sizlər üçün xidmət təşkil etməklə maliyyə-mühasibat sisteminizin milli və beynəlxalq standartlar əsasında təkmilləşdirilməsini, maliyyə şəffaflığınızı təmin etməklə vəsaitlərinizin təyinatına uyğun istifadəsini təmin edir. Biz, şirkət olaraq fəaliyyət illəri ərzində fəal şəkildə inkişaf etməyi, yəni iş istiqamətlərinə yiyələnməyi, müştərilərimiz və tərəfdaşlarımızla dürüst, etibarlı münasibətlər qurmağı, təcrübə toplamağı, peşəkarlığımızı artırmağı, yeniliklərə açıq olmağı hədəfləmişik. Materialları oxuyun, xidmətlərimiz haqqında daha çox məlumat əldə edin. Zəng edin, yazın, ziyarət edin. Hər zaman köhnə dostlarla işbirliyinə hazırıq və yeniləri ilə tanış olmaqdan məmnun qalacağıq. Xoş arzularımla «Abacus Audit and Consulting " MMC-nin Direktoru, Zeynalov Rüfət Rəhman oğlu.

Aslan AHMEDOF © 2024. All Rights Reserved.