Vergi Uçotu

Təlim Haqqında

Vergi Uçotu təliminin əsas məqsədi təlim iştirakçılarını müəssisənin əməliyyatlarını vergi
qanunvericiliyinə uyğun olaraq həyata keçirtmək və vergi uçotunu düzgün aparmaq
istiqamətində zəruri bacarıq və biliklərlə təmin etməkdir. Əldə etdiyiniz bilik sizin vergi
qurumları ilə əməkdaşlığınızı asanlaşdıracaq və lazımi sənəd və bəyannamələrin vaxtında və
düzgün doldurulmasına köməklik edəcəkdir.

Kimlər iştirak edə bilər?

Təlim maliyyə-mühasibatlıq sahəsində çalışan mütəxəssis, mühasib, baş mühasib və eyni
zamanda müxtəlif sektorlarda çalışan kommersiya qurumlarının menecerləri üçün nəzərdə
tutulmuşdur.

Əhatə ediləcək mövzular:

1. Vergitutma ilə əlaqədar ümumi müddəalar;
2. Fiziki şəxslərin gəlir vergisi; 
3. Mənfəət vergisi, Gəlir vergisinə aid olan müddəalar;
4. Mənfəət Vergisi;
5. Ödəmə mənbəyindən verginin tutulması;
6. Əmlak vergisi;
7. Sadələşdirilmiş vergi;
8. Əlavə Dəyər Vergisi;
9. Vergilərin ödənilməsi üzrə ümumi qaydalar;
10. İkiqat vergitutmanın aradan qaldırılması (DTA formaları).

Sertifikat:

1. Təlim bitdikdən sonra iştirakçılar Abacus Akademiyası tərəfindən sertifikatla təltif
ediləcəkdir.
2. Təlim dili:  Azərbaycan
3. Davamiyyət: 40 saat

Aslan AHMEDOF © 2024. All Rights Reserved.