Audit – əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun sürətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. “Abacus Audit And Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq yüksək beynəlxalq hədəfləri olan şirkətlərin biznes inkişafına yardım göstəririk. Onlara müəyyən risklərin qarşısının alınmasında, gündəlik şirkətdaxili audit yoxlanışlarında köməklik edirik. Biz audit olunan şirkətin maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaqla bərabər, şirkətin maliyyə vəziyyətini, hesabat nəticələrini və pul vəsaitlərini bütün əhəmiyyətli aspektlər baxımından nəzərdən keçirir, hesabatların dolğun və dəqiq əks etdirilməsinə zəmin yaradırıq.