Co-working-14

Hüquqi Xidmətlər

"Abacus Audit And Consulting"

“Abacus Audit And Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətində hüquqi biliklərə malik ekspertlər çalışdığı üçün Bizim üçün heç bir sual cavabsız qalmır (müəssisənin məhkəmədə müdafiəsi, müqavilələrin bağlanılması, müəssisənin təsis edilməsi və ya ləğvi, əmək və mülki-hüquqi münasibətləri və s.). 

“Abacus Audit And Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin təklif etdiyi hüquqi xidmətlər aşağıdakılardır: 

  • Vergi, əmək, valyuta, gömrük, administrativ və cinayət (iqtisadi fəaliyyətlə əlaqədar) qanunvericiliyi ilə əlaqədar sualların konsultasiyası;
  • Mülki-hüquqi, vergi və administrativ məsələlər üzrə məhkəmə işlərinin aparılmasında yardım;
  • Mübahisələrin məhkəmə qabağı tənzimlənməsi;
  • Ərizələrin, şikayətlərin, xahişlərin və digər prosessual sənədlərin hazırlanması;
  • Müştərinin maraqlarının arbitraj və ümumi məhkəmələrdə müdafiəsi;
  • İqtisadi sahə ilə əlaqəli cinayət işlərində vətəndaşlara yardım;
  • Hüquqi şəxslərin və müəssisənin struktur bölmələrinin qeydiyyatı, reorqanizasiyası və ləğv edilməsi;
  • Nizamnamə sənədlərinin, müəssisənin fəaliyyətini reqlamentləşdirən daxili sənədlərinin (əmrlər, əsasnamələr, instruksiyalar) tərtibi;
  • Layihələrin hüquqi müşahidəsi.

                        Vergi hüququ Xidmətləri

Özündə vergi ödəyicilərinə hüquqi məsləhətlərin verilməsi, vergi orqanlarında və məhkəmələrdə təmsilçilik, vergi hesabatlarının və ya bəyannamələrinin tərtib olunması və bu hüquqla bağlı olan digər hüquqi xidmətləri birləşdirir. Vergi hüququ sahəsində peşəkar hüquqi xidmət göstərilməsi öndə gələn tələbatlar arasındadır.

Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi 

Azərbaycan Vergi Məcəlləsi məcəllələşdirilmiş qanun olaraq, vergitutma və vergi inzibatçılığı məsələləri ilə bağlı məsələləri əhatə edir. Vergi Məcəlləsi vergi məsələləri üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş vergiqoymaya aid məsələr üzrə üstünlüyə malikdir.

Vergi Məccəlləsinə əsasən aşağıdakı dövlət vergiləri müəyyən edilmişdir:

1. Mənfəət vergisi: ümumi qayda olaraq 20% müəyyən edilmişdir, mikro biznes üçün güzəştlər olduğundan 5% hesablanır. Qeyri-rezidentə olan ödənişlərdən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulur.

2. Gəlir vergisi: 14%-25%

3. Əlavə Dəyər vergisi: 18%, bəzi işlər və xidmətlər 0% dərəcə ilə bu vergiyə cəlb olunur;

4. Aksiz vergisi Azərbaycanda istehsal olunan və ya idxal olunan bəzi mallara tətbiq edilir. Bu verginin dərəcəsi dəyişəndir, belə ki, spirtli içkilər hər litri üçün 2 manat məbləğində, 1000 ədəd siqaret üçün 20 manat məbləğində aksiz vergisi tətbiq olunur.

5. Hüquqi şəxslərin Əmlak vergisi: Əmlak dəyərinin illik 1% məbləğində tətbiq olunur;

6. Topaq vergisi: Torpağın yerləşməsindən və təyinatından asılı olaraq müftəlif vergi dərəcələri tətbiq olunur. Məsələn, Bakı şəhərində yerləşən sənaye torpaqları 10.000 kv m-dək olan ərazinin hər kv.m-i üçün 10 manat məbləğində, bundan yuxarı olan ərazinin isə hər kv. m-i üçün 20 manat tətbiq edilir. Torpaq vergisi illik olaraq ödənilir.

7. Yol vergisi: Bu vergiyə Azərbaycana daxil olan və ya xaric olan avtomobillər cəlb edilir, həmçinin istehsal olunan benzin, dizel, maye qaz da bu vergiyə cəlb olunur.

8. Mədən vergisi: mədən işləri ilə bağlı müxtəlif dərəcələrdə tətbiq olunur, məsələn neft üzrə 26%, qaz isə 20% dərəcə ilə tətbiq edilir.

9. Sadələşdirilmiş vergi:  Bu vergi illik dövriyəsi 200 000 manatdan aşağı olan ƏDV qeydiyyatında olmayan kiçik həcmli bizneslərə 2% dərəcə ilə tətbiq edilir, ictimai iaşə fəaliyyəti göstərən illik dövriyyəsi 200 000 -dən çox olan şirkətlərə, eləcə də tikinti sahəsində, nəqliyyat sahəsində fəaliyyət göstərən şirkətlərə  8% dərəcəsi ilə idövriyyədən tətbiq edilir.

Aslan AHMEDOF © 2024. All Rights Reserved.