İnsan Resusrsları

Bu təlim Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun qurulmuşdur. Burada ölkənin əmək qanunvericiliyi (zərurət yaranarsa dövlət qulluğu qanunvericiliyi) sistemi, ondan irəli gələn tələblər, əmək münasibətlərinin yaranması, rəsmiləşdirilməsi, kadr işinin praktiki formada izahı öz əksini tapır. Eyni zamanda işçinin və işəgötürənin əsas hüquq və vəzifələri, əmək funksiyası, iş vaxtı və onun tənzimlənməsi, əmək müqaviləsi, onun növləri, hazırlanması, sənədləşdirilməsi, müqaviləyə xitam verilməsi qaydaları öyrədilir.
Əgər siz yenicə təyin edilmiş İnsan Resursları (İR)meneceri yaxud insan resursları sahəsində yenicə işə başlamısınızsa və yaxud da ümumiyyətlə bu sahədə çalışmır, lakin bu sahəyə aid müəyyən vəzifə öhdəlikləriniz varsa o halda bu təlim sizə lazım olam əsas bilikləri verə bilər. Təlim vasitəsilə siz zəruri kadr funksiyalarını başa düşə və təşkilatınızda tətbiq etmək üçün bir plan hazırlaya biləcəksiniz.