Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi
Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi
ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin mənimsəməsi şəklində dövlət büdcəsinə və
yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

Vergi auditi:
- Müəssisənin AR vergi qanunvericiliyinə əməl etməsinin yoxlanılması, vergi hesabatlarının düzgünlüyünün təsdiq edilməsi;
- Fiziki və hüquqi şəxslərin verginin hesablanması və ödənilməsi üzrə konsultasiyası;
- Vergi yoxlamalarının müşahidəsi. Vergi yoxlamasının aktı üzrə etirazların hazırlanması;
- Vergi mübahisələrinin aparılmasında yardım:
• yuxarı vergi orqanına apelyasiya şikayətinin hazırlanması,
• ərizələrin, şikayətlərin, xahişlərin və digər prosessual sənədlərin hazırlanması,
• məhkəmə orqanlarında vergi ödəyicisinin maraqlarının təmsil edilməsi; - Vəzifəli şəxslərin müəssisənin vergi mübahisələri ilə bağlı cinayət işləri üzrə müdafiəsi;
- Nəzərdə tutulan sazİşlərin vergi nəticələrinin qiymətləndirilməsi;
- Vergi planlaşdırma sisteminin qurulması;
- Vergi uçotunun aparılması, vergi bəyannamələrinin tərtib edilməsi və AR qanunvericiliyi əsasında ödəniləcək vergilərin hesablanması;
- Vergi uçotunun qurulması və ya bərpa edilməsi;
- Vətəndaşlara fiziki şəxslərin gəlirləri üzrə bəyannamələrin doldurulmasında yardım;
- Vergitutma və mühasibat uçotunun məqsədləri üçün uçot siyasətinin işlənməsi və funksiyası;
- Vergi sualları üzrə seminarların keçirilməsi.