Riskli vergi ödəyicisi siyahısından çıxma ilə bağlı yeni qaydalar:
Nazirlər Kabinetinin 21 noyabr 2024-cü il tarixli qərarı ilə riskli vergi ödəyicisi siyahısından çıxmaq üçün prosedur və şərtlər təsdiqlənmişdir. Bununla əlaqədar olaraq, Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarına dəyişiklik edilmişdir.
Qeyd edək ki, 2020-ci ildə təsdiqlənmiş meyarlarda yalnız riskli vergi ödəyicisi siyahısına daxil olma qaydaları müəyyən edilmişdi. Lakin yeni qərarla bu siyahıdan çıxmaq üçün də hüquqi əsaslar yaradılmışdır.
Riskli vergi ödəyicisi statusunun ləğvi üçün iki əsas şərt müəyyən edilib:
✅ Əmtəəsiz əməliyyatların həqiqiliyinin sübut edilməsi – Vergi ödəyicisi, həyata keçirdiyi əməliyyatların real olduğunu təsdiqləməlidir.
✅ Maliyyə sanksiyalarının ödənilməsi – Əgər vergi ödəyicisi əmtəəsiz əməliyyatlarla bağlı Vergi Məcəlləsinin 58.15-1-ci maddəsinə əsasən tətbiq olunan maliyyə sanksiyasını tam şəkildə ödəyərsə, riskli vergi ödəyicisi siyahısından çıxmaq hüququ əldə edir.
Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən, əmtəəsiz əməliyyat apardığı sübut olunan vergi ödəyicisinə aşağıdakı cərimələr tətbiq olunur:
📌 İlk dəfə – 10% maliyyə sanksiyası
📌 İkinci dəfə – 20% maliyyə sanksiyası
📌 Üç və daha çox hal – 40% maliyyə sanksiyası
Tətbiq olunan sanksiyalar tam ödənildikdən sonra vergi ödəyicisi riskli siyahıdan çıxmaq imkanı əldə edir.
🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.
E-poçt: [email protected] |
Mob: +99455 2134939 |
Tel: +99412 3108659