two young businessmen discussing project at meeting with laptop and smart phone on table

Fiziki Şəxs və Fərdi Sahibkar – Fərq Nədədir?

Cəmiyyətdə tez-tez qarışdırılan iki anlayışa aydınlıq gətirək:

Fiziki şəxs – Azərbaycan Respublikası qanunvericiliyinə əsasən hüquq subyekti kimi tanınan, şəxsiyyət vəsiqəsi əsasında müəyyən hüquqi və maliyyə əməliyyatlarını həyata keçirə bilən şəxsdir. Lakin fiziki şəxs statusu sahibkara rəsmi kommersiya fəaliyyəti ilə məşğul olmaq hüququ vermir.

Fərdi sahibkar (FS) – Vergilər Nazirliyində müvafiq qaydada qeydiyyatdan keçərək rəsmi sahibkarlıq fəaliyyətinə başlayan fiziki şəxsdir. Fərdi sahibkarlar vergiödəyici statusuna malikdir, müqavilə bağlamaq, hesab-faktura təqdim etmək və digər rəsmi sənədlərlə hüquqi münasibətlər qurmaq səlahiyyətinə sahibdirlər.

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659