1-69afecacdb2dd_yeni_proje__DGB Sharp 2x (1)

Hesablama Metodu və Kassa Metodu

Hesablama metodu və kassa metodu əməliyyatların mühasibat uçotunda qeydə alınması üçün istifadə olunan iki əsas uçot üsuludur. Bu metodlar arasındakı əsas fərq əməliyyatların hansı anda tanınmasıdır. Uzunmüddətli dövrdə hər iki metodun maliyyə nəticələri bir-birinə yaxınlaşır.
🔹 Kassa metodu
Kassa metodu tətbiq edildikdə:
Kassaya və ya hesablaşma hesabına daxil olan istənilən vəsait gəlir kimi tanınır
Uçot dövrü ərzində həyata keçirilmiş istənilən ödəniş və köçürmələr xərc hesab olunur
Bu metodda gəlir və xərclərin eyni dövrə aid olması əsas götürülmür.
🔹 Hesablama metodu
Hesablama metoduna əsasən:
Müəyyən dövr üçün gəlirlər ödəniş vaxtından asılı olmayaraq, həmin dövrdə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri üzrə tanınır
Xərclər isə realizə olunan malların və xidmətlərin maya dəyəri, eləcə də müəssisə tərəfindən istehlak edilmiş mallar və xidmətlər əsasında uçota alınır
Bu zaman təchizatçıya ödənişin edilib-edilməməsi əhəmiyyət kəsb etmir.
📌 Doğru uçot metodunun seçilməsi maliyyə nəticələrinin düzgün formalaşması və vergi risklərinin azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır.

📞 +994 55 -213 49 39
☎ +994 12-565 60 59
📩[email protected]
🌐 abacusaudit.azabacusaudit.az