Audit Compliance Evaluation Financial Statement Concept

“Abacus Audit And Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətin Maliyyə, Mühasibatlıq və Audit xidmətləri

accountant-calculating

Abacus Audit And Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətin Maliyyə, Mühasibatlıq və Audit xidmətləri

Şirkətimiz, müəssisələrə peşəkar maliyyə hesabatları hazırlanması, mühasibatlıq və audit xidmətləri təklif edir. Bizim xidmətlərimiz, müştərilərimizin maliyyə proseslərini idarə etmələrinə və maliyyə hesabatlarını düzgün şəkildə hazırlamağa kömək edir. Müştərilərimizə verdiyimiz xidmətlərdən ən əhəmiyyətlisi, maliyyə təhlükəsizliyi və güvənirlilikdir. Şirkətimiz, maliyyə-mühasibatlıq xidmətlərinin keyfiyyətli təminatı üçün peşəkar mütəxəssislərdən ibarətdir və müştərilərin maliyyə proseslərinin effektiv idarə olunmasına yardım edir.

Bizim əsas məqsədimiz müştərilərimizin maliyyə hesabatlarının düzgün və qanuni şəkildə hazırlanması və müvafiq standartlara uyğunluğudur. Biz daima son maliyyə tənzimləmələri və beynəlxalq maliyyə hesabatları standartları barədə ən son məlumatlara malik oluruq və bu biliklərimizi müştərilərimizin yararına istifadə edirik.

Bizim maliyyə, mühasibat və audit  xidmətlərimiz aşağıdakı fəaliyyətləri əhatə edir:

  • Gündəlik mühasibat xidmətlərinin təmin edilməsi, milli və beynəlxalq standartlara  uyğun olaraq.
  • Uçot siyasətinə dair tövsiyyələrin verilməsi və hazırlanmasına dəstək olmaq.
  • BMUS uyğun olaraq maliyyə hesabatlarının hazırlanmasına dəstək.
  • Nəzarətsiz mühasibat uçotunun bərpasına dəstək olmaq.
  • Audit (mühasibatlığın yoxlanılması) xidmətləri.
  • İdarəetmə hesabatlarının tərtib edilməsi və optimallaşdırılması.
  • Vergi hesabatlarının tərtib edilməsində dəstək olmaq.
  • Əsas vəsaitlərin inventarizasiyası və amortizasiya cədvəllərinin hazırlanması.