Praktiki mühasibatlıq

Təlim Haqqında

Praktiki Mühasibatlıq təlimi AR-nın mühasibat uçotu standartlarına cavab verən praktiki proqramı tədris edir. Təlim, müəssisələrdə təşkil edilmiş mühasibat işinin kompleks şəkildə, yəni ilkin əməliyyatlardan başlayaraq son maliyyə hesabatlarının tərtib edilməsinə kimi aparılan bütün maliyyə və mühasibat əməliyyatlarının mahiyyətini və məqsədini anlamaq və mənimsəmək üçün tələb olunan bütün nəzəri və praktiki bilikləri əhatə edir.

Kimlər iştirak edə bilər?

Təlim Mühasibat Uçotunu yeni öyrənən mütəxəssislər, yeni mühasiblər və ya ümumiyyətlə bu sahədə heç bir biliyi yaxud təcrübəsi olmayan şəxslər üçün nəzərdə tutulmuşdur.

Əhatə ediləcək mövzular:

  • Maliyyə hesabatlarının məzmunu, məqsədi və maliyyə məlumatlarının keyfiyyət xüsusiyyətləri və mühasibat uçotunun fundamental əsasları;
  • İkili qeydiyyat və uçot sistemlərindən istifadə;
  • Pul vəsaitlərinin və onların ekvivalentlərinin uçotu;
  • Mal-material ehtiyatları və uçotu;
  • Mal, iş və xidmətin dəyərinin qabaqcadan ödənilməsi, verilmiş avanslar və sənədlər əsasında avans hesabatının hazırlanması qaydaları;
  • Torpaq, tikili və avadanlıqların uçotu;
  • Qeyri-maddi aktivlər (QMA);
  • Əmək haqqının hesablanması və tutulmalarına dair müxabirləşmələr;
  • Lizinq (icarə) əməliyyatların uçotu; 
  • Dövrün sonunda hesabların bağlanması;
  • Sadələşdirilmiş vergi və Mənfəət vergisi;
  • ƏDV və onun əvəzləşdirilməsi (praktik nümunələrlə izahı və müxabirləşmələr);
  • İnzibati məsuliyyətə cəlb edilmə, sanksiyalar, cərimələr və onların uçotu;
  • Maliyyə hesabatlarının hazırlanması (praktik nümunələrlə).

Sertifikat:

  • Təlim bitdikdən sonra iştirakçılar Abacus Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
  • Təlim dili:  Azərbaycan
  • Davamiyyət: 40 saat

Aslan AHMEDOF © 2024. All Rights Reserved.