Qiymətləndirmə
“Abacus Audit And Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlara beynəlxalq standartlara uyğun olan yüksək keyfiyyətli Biznesin və Əmlakın Qiymətləndirilməsi və digər qiymətləndirmə xidmətlərini təklif edirik.
Bizim təklif etdiyimiz qiymətləndirmə xidmətləri aşağıdakılardır:
Şirkətin (biznesin) qiymətləndirilməsi: Biznesin dəyərinin obyektiv və peşəkar qiymətləndirilməsini həyata keçiririk, bazar dəyərini müəyyən edirik.
- Daşınmaz əmlakın qiymətləndirilməsi: Müxtəlif növ daşınmaz əmlakların, o cümlədən yaşayış binalarının, ofislərin və sənaye obyektlərinin bazar dəyərini təyin edirik.
- Maşınların, avadanlığın və nəqliyyat vasitələrinin qiymətləndirilməsi: İstehsal avadanlığı, nəqliyyat vasitələri və digər maşınların dəyərinin müəyyən edilməsində dəstək göstəririk.
- Qeyri-maddi aktivlərin və intellektual mülkiyyətin qiymətləndirilməsi: Patentlər, müəllif hüquqları, ticarət nişanları və digər qeyri-maddi aktivlərin dəyərini təyin edirik.
- BMUS formalaşdırılması məqsədi ilə aktiv və öhdəliklərin qiymətləndirilməsi: Beynəlxalq Mühasibat Uçot Standartlarına (BMUS) uyğun olaraq aktivlərin və öhdəliklərin dəqiq qiymətləndirilməsini təmin edirik.
- Sığorta edilmiş obyekt üçün risk dərəcəsinin qiymətləndirilməsi: Sığorta edilmiş obyektlərin risk dərəcəsinin qiymətləndirilməsində müştərilərimizə dəstək veririk, potensial riskləri müəyyən edirik.
- Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi: Şirkətlərin əsas vəsaitlərinin yenidən qiymətləndirilməsini həyata keçirərək, onların cari bazar dəyərini müəyyən edirik.
“Abacus Audit And Consulting” MMC ilə əməkdaşlıq edərək, beynəlxalq standartlara uyğun, dəqiq və peşəkar Biznesin və Əmlakın qiymətləndirilməsi və digər qiymətləndirmə xidmətləri əldə edə bilərsiniz. Bu xidmətlərimiz, biznesinizin dəyərini obyektiv şəkildə təyin etmək və maliyyə qərarlarını daha düzgün vermək üçün əvəzsizdir