Vergi uçotu və vergitutma

Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin mənimsəməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişdir.

Vergi auditi:

  • Müəssisənin AR vergi qanunvericiliyinə əməl etməsinin  yoxlanılması, həmçinin vergi hesabatlarının düzgünlüyünün təsdiq edilməsi;
  • Fiziki və hüquqi şəxslərin verginin hesablanması və ödənilməsi üzrə konsultasiyası;
  • Vergi yoxlamalarının müşahidəsi. Vergi yoxlamasının aktı üzrə etirazların hazırlanması;
  • Vergi mübahisələrinin aparılmasında yardım:
  •      • yuxarı vergi orqanına apelyasiya şikayətinin hazırlanması,
         • ərizələrin, şikayətlərin, xahişlərin və digər prosessual sənədlərin hazırlanması,
         • məhkəmə orqanlarında vergi ödəyicisinin maraqlarının təmsil edilməsi;
  • Vəzifəli şəxslərin müəssisənin vergi mübahisələri ilə bağlı cinayət işləri üzrə müdafiəsi;
  • Nəzərdə tutulan sazİşlərin vergi nəticələrinin qiymətləndirilməsi;
  • Vergi planlaşdırma sisteminin qurulması;
  • Vergi uçotunun aparılması, vergi bəyannamələrinin tərtib edilməsi və AR qanunvericiliyi əsasında ödəniləcək vergilərin hesablanması;
  • Vergi uçotunun qurulması və ya bərpa edilməsi;
  • Vətəndaşlara fiziki şəxslərin gəlirləri üzrə bəyannamələrin doldurulmasında yardım;
  • Vergitutma və mühasibat uçotunun məqsədləri üçün uçot siyasətinin işlənməsi və funksiyası;
  • Vergi sualları üzrə seminarların keçirilməsi.

Vergi uçotu, vergitutma bazasının və həmin verginin məbləğinin hesablanması ilə bağlı prosesləri fasiləsiz və sənədləşdirilmiş qaydada həyata keçirməklə konkret vergi üzrə vergitutma bazasının yaradılması, uçotu və yayılmasının tənzimlənən sistemidir.

Vergi uçotunun əsas funksiyaları:

• Vergi ödəyicilərinin vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi üçün zəruri olan ilkin məlumatların toplanması və müəyyən edilmiş qaydada uçotunun aparılması;

• Mühasibat və vergi registrlərində və mühasibat uçotunun hesablarında ilkin vergi məlumatlarını vaxtında əks etdirmək;

• Vergi ödəyicisinin vergi öhdəliklərinin səviyyəsini dəqiq müəyyən etmək;

• Düzgün və dəqiq vergi hesablamalarının yaradılması;

• Vergi məlumatlarının və vergi hesablarının yaradılmasına nəzarət etmək.

Beləliklə, vergi uçotu vergi öhdəliklərinin dəqiq, obyektiv hesablanması və təşkilatın vergi hesablarının hazırlanması üçün zəruri olan maliyyə məlumatlarının toplanması, uçotu və işlənməsini əhatə edən mühasibat uçotunun bir hissəsi olaraq qalır.

Vergi uçotunun hesablanması

Sahibkarlıq fəaliyyətinin vergiyə cəlb edilməsi zamanı zəruri vergi sənədləri hazırlanır. Vergi sənədləri vergilərin hesablanmasını, verginin məbləğini və vergi öhdəliyinin məbləğini əks etdirən sənədlərdir. Vergi sənədlərinə aşağıdakılar daxildir:

• Uçot-hesabat sənədləri;

• Müşayiətedici sənədlər;

• Vergi uçotu registrləri;

• Bildiriş.

Uçot-hesabat sənədləri – vergi öhdəliyinin məbləğini əks etdirən sənədlərdir. Hər bir vergi növü üçün ayrıca bəyannamə forması müəyyən edilmişdir. Ucot-hesab sənədləri funksiyasını yerinə yetirən vergi bəyannamələri tərtib edilərək müəssisənin rəhbəri və baş mühasib tərəfindən imzalandıqdan sonra vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilir.

Müşayiətedici sənədlər – vergilərin hesablanması üçün tələb olunan, vergi hesablarında olan məlumatlara əsaslanan, onları izah edən və tədqiqat materialı kimi çıxış edən sənədlərdir. Nümunə kimi satıcılar tərəfindən alınan mallara (xidmətlərə, işlərə) görə təqdim etdikləri vergi hesablama fakturalarını göstərə bilərik.

Vergi uçotu registrləri – müəssisələrdə vergi bəyannaməsi üçün nəzərdə tutulmuş ümumi qeydiyyat və ilkin uçot hesabat formalarıdır. Vergi hesabatında əks etdirilməli və ilkin uçot sənədlərində əks etdirilməli olan məlumatlar vergi hesabatı qeydlərində toplanmalı və sistemləşdirilməlidir. Göstərilən hesabat dövrü üçün tərtib edilmiş vergi uçotunda olan məlumatlar ümumiləşdirildikdən sonra bu məlumatlar bəyannamələrə verilir