New Project (5)

Balans hesabatı – şirkətin maliyyə sağlamlığını göstərən hesabatdır

Balans hesabatı – şirkətin maliyyə sağlamlığını göstərən ən əsas hesabatlardan biridir. Burada aktivlər, öhdəliklər və kapital ümumi şəkildə əks olunur. Bu hesabat sayəsində biznesin hansı resurslara sahib olduğu, hansı borclarının mövcudluğu və ümumi maliyyə sabitliyi aydın görünür.

🔎 Abacus Audit olaraq biz balans hesabatını sadəcə rəqəmlər toplusu kimi deyil, şirkətinizin
gələcək strategiyası üçün yol xəritəsi kimi təqdim edirik. Doğru və şəffaf balans – etibarlı qərarların, düzgün investisiya addımlarının və davamlı inkişafın əsasını qoyur.

✨ Bizimlə maliyyə balansınız hər zaman düzənli və şəffaf olacaq!

📞 +994 55 -213 49 39
☎ +994 12-565 60 59
📩[email protected]
🌐 abacusaudit.azabacusaudit.az

11

Azad İqtisadi zonalarda vergi azadlığı

Bu zonalarda fəaliyyət göstərən şirkətlər üçün:

✅ Gəlir və mənfəət vergisindən azadolma
✅ ƏDV və gömrük rüsumlarından istisna
✅ İnvestisiya mühitində tam şəffaflıq

Amma bu imkanlardan faydalanmaq üçün strateji yazılmış bir biznes plan əsas şərtdir.

✍ Abacus olaraq sizə:
●Rəqabətə davamlı biznes planların hazırlanması
●Vergi güzəştlərinə uyğun hüquqi və maliyyə məsləhətləri təqdim edirik.

📞 +994 55 -213 49 39
☎ +994 12-565 60 59
📩[email protected]
🌐 abacusaudit.azabacusaudit.az

ecnebi

Əcnəbi və Vətəndaşlığı olmayan sahibkarlar üçün müvəqqəti yaşama və iş icazəsi

Sərhədləri aşın, biznesinizi genişləndirin!

Əcnəbi və vətəndaşlığı olmayan sahibkarlar üçün Azərbaycan Respublikasında müvəqqəti yaşama və iş icazələrinin alınması prosesi artıq Abacus ilə daha asandır!

📌 Xidmətlərimiz:

●Müvafiq sənədlərin hazırlanması

●Rəsmi qurumlarla müraciət və müşayiət

●İcazə müddətlərinin izlənməsi və uzadılması

🔐 Qanuni və təhlükəsiz fəaliyyət üçün etibarlı dəstək – Abacus yanınızdadır.

📞 +994 55 -213 49 39

☎ +994 12-565 60 59

📩[email protected]

🌐 abacusaudit.azabacusaudit.az

New Project (2)

Elektron Qaimə Fakturanın gecikməsinə görə maliyyə sanksiyaları

Əgər mallar elektron qaimə-faktura təqdim edilmədən təqdim olunursa və bu hal Vergi Məcəlləsinin tələblərinə zidd olaraq baş verirsə, maliyyə sanksiyaları tətbiq olunur:

🔻 Təqvim ili ərzində:

– 1-ci dəfə: satış məbləğinin 10%-i

– 2-ci dəfə: 20%-i

– 3 və daha çox dəfə: 40%-i cərimə olunur

🚫 Həmçinin, mallar sifarişsiz şəkildə obyektlərdən yüklənərkən qaimə-faktura tərtib edilməzsə, bu da cərimələnə bilər.

🏬 Bazarlarda fəaliyyət göstərənlərə də diqqət:

Bazar sahibləri və ya idarəediciləri vergi orqanlarının əmlakın siyahıya alınmasına mane olduqda:

– 1-ci dəfə: 2.000 AZN

– 2-ci dəfə: 4.000 AZN

– 3 və daha çox dəfə: 6.000 AZN cərimə tətbiq olunur.

📣 Bu hallarla üzləşməmək və riskləri önləmək üçün Abacus Audit-dən peşəkar dəstək alın.

 E-poçt: [email protected] |  Mob: +99455 2134939 |  Tel: +99412 3108659

two young businessmen discussing project at meeting with laptop and smart phone on table

Fiziki Şəxs və Fərdi Sahibkar – Fərq Nədədir?

Cəmiyyətdə tez-tez qarışdırılan iki anlayışa aydınlıq gətirək:

Fiziki şəxs – Azərbaycan Respublikası qanunvericiliyinə əsasən hüquq subyekti kimi tanınan, şəxsiyyət vəsiqəsi əsasında müəyyən hüquqi və maliyyə əməliyyatlarını həyata keçirə bilən şəxsdir. Lakin fiziki şəxs statusu sahibkara rəsmi kommersiya fəaliyyəti ilə məşğul olmaq hüququ vermir.

Fərdi sahibkar (FS) – Vergilər Nazirliyində müvafiq qaydada qeydiyyatdan keçərək rəsmi sahibkarlıq fəaliyyətinə başlayan fiziki şəxsdir. Fərdi sahibkarlar vergiödəyici statusuna malikdir, müqavilə bağlamaq, hesab-faktura təqdim etmək və digər rəsmi sənədlərlə hüquqi münasibətlər qurmaq səlahiyyətinə sahibdirlər.

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

two young businessmen discussing project at meeting with laptop and smart phone on table

Daxili Auditin Rolu və Əhəmiyyəti

Daxili auditin əsas məqsədi — təşkilatın maliyyə risklərini effektiv şəkildə idarə etmək, daxili nəzarət mexanizmlərinin fəaliyyətini qiymətləndirmək və maliyyə proseslərinin mövcud qanunvericiliyə uyğunluğunu təmin etməkdir.

Daxili auditorlar maliyyə əməliyyatlarını obyektiv şəkildə təhlil edir, nəzarət sistemlərinin effektivliyini yoxlayır və onların təkmilləşdirilməsi ilə bağlı rəhbərliyə tövsiyələr təqdim edirlər.

Bu proses şirkətin strateji məqsədlərinə çatmasına, maliyyə fəaliyyətlərinin şəffaf və səmərəli şəkildə aparılmasına töhfə verir. Audit həmçinin əməliyyat risklərinin aşkarlanması, maliyyə hesabatlarının dəqiqliyinin təmin olunması və ümumi nəzarət mühitinin gücləndirilməsi istiqamətində mühüm rol oynayır.

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

4

Beynəlxalq Olmayan Daşımalar Artıq Vergidən Azaddır

Artıq beynəlxalq olmayan daşımalar vergidən azaddır — bu isə daşımalar sektorunda fəaliyyət göstərən şirkətlər üçün real fürsətdir.

Bu dəyişiklik sadəcə rəsmi elan deyil, doğru tətbiq edildikdə sizin üçün ciddi xərclərə qənaət deməkdir.

Abacus Audit sizə bu fürsəti düzgün şəkildə dəyərləndirməyə, qanunvericiliyin incəliklərini nəzərə alaraq vergi yükünüzü azaltmağa dəstək olur.

Unutmayın: qanundan düzgün istifadə etməyənlər üçün fürsət, riskə çevrilə bilər.

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

2

Riskli Vergi Ödəyicisi Siyahısından Çıxma ilə Bağlı Yeni Qaydalar

Riskli vergi ödəyicisi siyahısından çıxma ilə bağlı yeni qaydalar:

Nazirlər Kabinetinin 21 noyabr 2024-cü il tarixli qərarı ilə riskli vergi ödəyicisi siyahısından çıxmaq üçün prosedur və şərtlər təsdiqlənmişdir. Bununla əlaqədar olaraq, Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarına dəyişiklik edilmişdir.

Qeyd edək ki, 2020-ci ildə təsdiqlənmiş meyarlarda yalnız riskli vergi ödəyicisi siyahısına daxil olma qaydaları müəyyən edilmişdi. Lakin yeni qərarla bu siyahıdan çıxmaq üçün də hüquqi əsaslar yaradılmışdır.

Riskli vergi ödəyicisi statusunun ləğvi üçün iki əsas şərt müəyyən edilib:

✅ Əmtəəsiz əməliyyatların həqiqiliyinin sübut edilməsi – Vergi ödəyicisi, həyata keçirdiyi əməliyyatların real olduğunu təsdiqləməlidir.

✅ Maliyyə sanksiyalarının ödənilməsi – Əgər vergi ödəyicisi əmtəəsiz əməliyyatlarla bağlı Vergi Məcəlləsinin 58.15-1-ci maddəsinə əsasən tətbiq olunan maliyyə sanksiyasını tam şəkildə ödəyərsə, riskli vergi ödəyicisi siyahısından çıxmaq hüququ əldə edir.

Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən, əmtəəsiz əməliyyat apardığı sübut olunan vergi ödəyicisinə aşağıdakı cərimələr tətbiq olunur:
📌 İlk dəfə – 10% maliyyə sanksiyası
📌 İkinci dəfə – 20% maliyyə sanksiyası
📌 Üç və daha çox hal – 40% maliyyə sanksiyası

Tətbiq olunan sanksiyalar tam ödənildikdən sonra vergi ödəyicisi riskli siyahıdan çıxmaq imkanı əldə edir.

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

3

Biznes Kartla Xaricdə Ödəniş Edən Sahibkarların Diqqətinə!

Xaricdə biznes kartla ödəniş edən sahibkarların diqqətinə!

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, əgər qeyri-rezidentdən elektron ticarət yolu ilə xidmət və ya iş alınırsa və bu xidmətlərə görə ödəniş həyata keçirilirsə, həmin məbləğə 18% ƏDV hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.

Məsələn, debet kart vasitəsilə ödəniş edildikdə, bu, fiziki şəxs tərəfindən həyata keçirilmiş əməliyyat kimi qəbul olunur və bank avtomatik olaraq 18% vergini tutaraq dövlət büdcəsinə köçürür. Lakin biznes kartla ödəniş zamanı bu məbləğ tutulmur, çünki biznes kart sahibkarın hesabına bağlıdır. Beləliklə, 18% ƏDV-nin ödənilməsi bankın deyil, birbaşa sahibkarın öhdəliyinə düşür və müvafiq qaydada dövlət büdcəsinə köçürülməlidir.

Maliyyə öhdəliklərinizi vaxtında və düzgün icra etməyiniz üçün bu məqamı nəzərə almağınızı tövsiyə edirik.

 

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

nizamname

Nizamnamə Kapitalını Vaxtında Ödəməsəniz 2000 AZN-dək Cərimələnəcəksiniz

Nizamnamə Kapitalının Ödənilməsi ilə Bağlı Vacib Məlumatlar

Şirkət rəsmi qeydiyyatdan keçdikdən sonra nizamnamə kapitalını ən gec 90 gün ərzində ödəməlidir (nizamnamədə daha qısa müddət göstərilə bilər). Ödənilmiş məbləği təsdiq edən ödəniş qəbzini isə maksimum 5 gün ərzində vergi orqanına təqdim etmək zəruridir.

Bu qaydalara əməl edilmədikdə aşağıdakı cərimələr tətbiq oluna bilər:

🔹 Nizamnamə kapitalının vaxtında ödənilməməsi:

● Direktor və ya vəzifəli şəxslər üçün 1000 AZN
● Hüquqi şəxs üçün 2000 AZN

🔹 Ödənişi təsdiq edən sənədin vergi orqanına təqdim olunmaması:

● Vəzifəli şəxs üçün 500 AZN
● Hüquqi şəxs üçün 1000 AZN

Qaydaları vaxtında yerinə yetirin və cərimələnməyin!

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659