nizamname

Nizamnamə Kapitalını Vaxtında Ödəməsəniz 2000 AZN-dək Cərimələnəcəksiniz

Nizamnamə Kapitalının Ödənilməsi ilə Bağlı Vacib Məlumatlar

Şirkət rəsmi qeydiyyatdan keçdikdən sonra nizamnamə kapitalını ən gec 90 gün ərzində ödəməlidir (nizamnamədə daha qısa müddət göstərilə bilər). Ödənilmiş məbləği təsdiq edən ödəniş qəbzini isə maksimum 5 gün ərzində vergi orqanına təqdim etmək zəruridir.

Bu qaydalara əməl edilmədikdə aşağıdakı cərimələr tətbiq oluna bilər:

🔹 Nizamnamə kapitalının vaxtında ödənilməməsi:

● Direktor və ya vəzifəli şəxslər üçün 1000 AZN
● Hüquqi şəxs üçün 2000 AZN

🔹 Ödənişi təsdiq edən sənədin vergi orqanına təqdim olunmaması:

● Vəzifəli şəxs üçün 500 AZN
● Hüquqi şəxs üçün 1000 AZN

Qaydaları vaxtında yerinə yetirin və cərimələnməyin!

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

5

2025-ci ildə Vergi Məcəlləsində Dəyişikliklər

Vergi Məcəlləsinə edilən əlavə dəyişikliklərə əsasən, 2025-ci ildən dövriyyəsi 45,000 manata qədər olan bəzi mikro sahibkar fiziki şəxslər 3 işçisi olmadan da gəlirlərinə 75%-lik güzəştdən yararlana biləcək!

Bu fəaliyyət sahələri aşağıda qeyd olunanlardır:

– Proqram təminatının işlənməsi
– Layihə-dizayn və dekorasiya xidmətləri
– Tərcümə xidməti
– Reklam xidməti
– Araşdırma və tədqiqat
– Elm, təhsil, mədəniyyət və idman sahəsində xidmətlər
– Hüquq, sərbəst auditor, mühasibat və maliyyə məsləhətləri
– Jurnalistlərin fəaliyyəti
– Bazar konyunkturunun öyrənilməsi
– Qiymətləndirmə fəaliyyəti
– Kuryer fəaliyyəti
– Turizm bələdçiliyi
– Xidmətlərin ixracı

🔹 Kompleks xidmətlərimiz:

– Vergi hesablarının təqdim edilməsi
– Mühasibatlıq (əməliyyatların və maliyyə hesabatlarının toplanması)
– HR (işçilərin məlumatlarının sistemləşdirilməsi)
– Audit (risklərin idarə olunması)
– Hüquq (məhkəmə və hüquq məsələlərində dəstək)
– Tender (maliyyə hesabatlarının hazırlanması)
– Broker (idxal və ixrac əməliyyatlarının təşkili)

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

1256244

Vergi və Vergitutma

Vergi və Vergitutma

Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir

Vergi hesabatlarını hər il düzgün şəkildə hazırlanmaq və təqdim edmək lazımdır. Bu, iş sahiblərinin maliyyə planlaması və məhsuldarlığı üçün vacibdir. Vergi tənzimləmələri ilə bağlı mütəmadi yeniliklər olduğu üçün, peşəkar maliyyə xidmətləri – Abacus Audit şirkəti tərəfindən göstərilən xidmətlər, əhəmiyyətli ola bilər. Abacus Audit şirkəti, vergi hesabatları və maliyyə əməliyyatlarınızı effektiv şəkildə idarə etmək üçün sizə xidmət təklif edilir.

Vergi növlərinin bir hissəsi:

  • Fiziki şəxslərin gəlir vergisi, şəxsin əldə etdiyi maaş, sənədləşdirilməmiş gəlir və əlavə qazanclar kimi gəlirlərinə əsasən hesablanan və dövlətə təhvil verilməsi məcburi olan bir vergi növüdür.
  • Hüquqi şəxslərin mənfəət vergisi, bələdiyyə mülkiyyətində olmayan müəssisə və təşkilatlar kimi bələdiyyə mülkiyyətində olmayan müəssisə və təşkilatlardan gəlir əldə edən hüquqi şəxslərin ödəməli olduğu vergidir.
  • Sadələşdirilmiş vergi, vergi ödəyicilərinin hesabatlarını və ödəmələrini daha asan və sadə hala gətirən bir vergiləşdirmə rejimidir, xüsusilə kiçik və orta ölçüdə işlər üçün tətbiq olunur
  • Əlavə dəyər vergisi, müəssisələrin və ya şəxslərin istehsal etdiyi və ya satdığı məhsulların dəyərinə əlavə olaraq əlavə edilən dövlət vergisidir.
  • Aksizlər, müəssisələrin və şəxslərin müəyyən məhsulları alarkən və ya satarkən ödəməli olduğu dövlət vergiləridir.

Vergi haqqında daha dərin məlumat almaq və maliyyələrinizi düzgün idarə etmək istəyirsinizsə, peşəkarların köməyindən istifadə etmək məqsədəuyğundur. Abacus Audit – sizin vergi işlərinizi və maliyyə öhdəliklərinizi düzgün yerinə yetirmək üçün təqdim edilmiş peşəkar maliyyə xidmətləri ilə sizə kömək edə bilər.

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

 

Picture1

ƏDV qaytaran xidmət və məhsullar – ARAŞDIRMA

Son bir neçə ildə əhalinin böyük marağına səbəb olmuş layihələrdən biri də alınmış mallara və xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri alınmasıdır.

Təsadüfi deyil ki, ən son məlumata görə, ƏDV-nin bir hissəsinin qaytarılması üçün “www.edvgerial.az” portalında 1,9 milyona yaxın istifadəçi qeydə alınıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı axırıncı məlumata görə, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732 milyon 105 min 401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303 milyon 851 min 384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Bəs ƏDV-ni harada və hansı məhsullar üzrə geri almaq olur?

Bu barədə Dövlət Vergi Xidməti tərəfindən xeyli maarifləndirici məlumatlar paylaşılsa da, əhalinin müəyyən hissəsində sual yaradan məqamlar var.

APA bu barədə araşdırma edərək ƏDV-ni geri qaytaran xidmət və məhsullara bir daha aydınlıq gətirib.

Qeyd edək ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də bu vergi növünün ödəyicisi olmalıdır. O da əlavə edilməlidir ki, ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

Məlumdur ki, buğda ununun və çörəyin, heyvan və quş ətinin satışı 2024-cü ilədək ƏDV-dən azad edilib. Həmçinin bu ildən kitabların satışına da ƏDV tətbiqi aradan qaldırılıb.

Eyni zamanda, cari ildən üç il müddətində kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV malın bütöv məbləğindən deyil, ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Bu da o deməkdir ki, həmin məhsullara hesablanan ƏDV məbləği də digər məhsullarla müqayisədə azdır.

Ancaq burada bir məqam da var ki, ƏDV-nin bir hissəsinin qaytarılması bu vergi tətbiq edilən heç də bütün məhsullara şamil edilmir. Vergi Məcəlləsinin 165.5-ci maddəsində ƏDV-nin bir hissəsinin qaytarılmadığı məhsullar müəyyən edilib. Buraya neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları aiddir.

Lakin o da vurğulanmalıdır ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən fiziki şəxs olan istehlakçılara göstərilmiş tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin də bir hissəsinin geri qaytarılması həyata keçirilir.

Hazırda qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. 2023-cü ildən isə nağdsız qaydada ödənilmiş ƏDV-nin 20 faizinin, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizinin geri qaytarılacağı gözlənilir.

Lakin burada da istisna var. Belə ki, cari ildən fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin geri qaytarılan hissəsi onun 30 faizini təşkil edir. Vergi Məcəlləsinin 165.6-cı maddəsinə görə, bu, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

SANCTIONS

Maliyyə sanksiyası və inzibati cərimə

  1. Vergi Məcəlləsinin 57.1-ci maddəsinə uyğun olaraq vergi hesabatını, habelə hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyat əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatı əvəzinə arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
  2. Vergi Məcəlləsinin 59.1-ci və 59.2-ci maddələrinə əsasən vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bu faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.
  3. İnzibati Xətalar Məcəlləsinin 461.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas olmadan müəyyən edilən müddətdə Dövlət Vergi Xidmətinə təqdim edilməməsi (həmin sazişlərdə başqa qaydalar nəzərdə tutulduğu hallar istisna olmaqla) vəzifəli şəxslər 50 manat miqdarında cərimə edilir.
  4. İnzibati Xətalar Məcəlləsinin 461.2-ci maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət rüsumunun tutulması barədə hesabatın Dövlət Vergi Xidmətinə  təqdim edilməməsi, vəzifəli şəxslər 50 manat miqdarında cərimə edilir.
  5. İnzibati Xətalar Məcəlləsinin 467-ci maddəsinə əsasən Dövlət rüsumunun ödənilməsi qaydalarının pozulmasına görə, yəni: dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxs tərəfindən dövlət rüsumunun düzgün tutulmaması, yaxud dövlət büdcəsinə vaxtında və ya tam ödənilməməsi, vəzifəli şəxslər 500 manatdan 700 manatadək cərimə edilir.

 

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659