Əlavə dəyər vergisi (ƏDV)

Təlim Haqqında

Sürətlə inkişaf edən iqtisadiyyat şəraitində müvafiq olaraq şirkətlərin də dövriyyə həcmləri artır və bu da ƏDV ödəyicisi olan şirkət yaxud müəssisələrin sayının artmasına səbəb olur. Nəzərə alsaq ki, ƏDV vergi mühasibatlığının mühüm və eyni zamanda da mürəkkəb bölməsidir, şirkət, müəssisə yaxud təşkilatlarda bu sahə üzrə peşəkar mütəxəssislərin mövcudluğuna tələbat artmışdır. Təlim zamanı ƏDV uçotu ilə bağlı bütün qaranlıq məqamlara toxunulur, mübahisəli məsələlər təhlil edilir və ƏDV haqqında Vergi Məcəlləsində olan maddələr araşdırılaraq problemlərin həll yolları göstərilir.

Kimlər iştirak edə bilər?

Təlim maliyyə-mühasibatlıq sahəsində çalışan mütəxassis, mühasib, baş mühasib və eyni zamanda müxtəlif sektorlarda çalışan kommersiya qurumlarının menecerləri üçün nəzərdə tutulmuşdur.

Əhatə ediləcək mövzular:

  • ƏDV ödəyiciləri, onların qeydiyyatı və qeydiyyatın ləğvi;
  • Vergitutma obyekti;
  • Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi;
  • ƏDV-dən azad və 0 dərəcəli əməliyyatlar;
  • Vergi tutulan əməliyyatların aparıldığı vaxt;
  • İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer;
  • Qeyri-rezidentlərin vergiyə cəlb edilməsi;
  • Qarışıq əməliyyatlar;
  • Agentin həyata keçirdiyi əməliyyatlar;
  • Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli ƏDV;
  • Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV;
  • Bəyannamələrin verilməsi və ƏDV-nin ödənilməsi.

Sertifikat:

  • Təlim bitdikdən sonra iştirakçılar Abacus Akademiyası tərəfindən sertifikatla təltif ediləcəkdir.
  • Təlim dili: Azərbaycan
  • Davamiyyət: 9 saat