4

Beynəlxalq Olmayan Daşımalar Artıq Vergidən Azaddır

Artıq beynəlxalq olmayan daşımalar vergidən azaddır — bu isə daşımalar sektorunda fəaliyyət göstərən şirkətlər üçün real fürsətdir.

Bu dəyişiklik sadəcə rəsmi elan deyil, doğru tətbiq edildikdə sizin üçün ciddi xərclərə qənaət deməkdir.

Abacus Audit sizə bu fürsəti düzgün şəkildə dəyərləndirməyə, qanunvericiliyin incəliklərini nəzərə alaraq vergi yükünüzü azaltmağa dəstək olur.

Unutmayın: qanundan düzgün istifadə etməyənlər üçün fürsət, riskə çevrilə bilər.

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

2

Riskli Vergi Ödəyicisi Siyahısından Çıxma ilə Bağlı Yeni Qaydalar

Riskli vergi ödəyicisi siyahısından çıxma ilə bağlı yeni qaydalar:

Nazirlər Kabinetinin 21 noyabr 2024-cü il tarixli qərarı ilə riskli vergi ödəyicisi siyahısından çıxmaq üçün prosedur və şərtlər təsdiqlənmişdir. Bununla əlaqədar olaraq, Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarına dəyişiklik edilmişdir.

Qeyd edək ki, 2020-ci ildə təsdiqlənmiş meyarlarda yalnız riskli vergi ödəyicisi siyahısına daxil olma qaydaları müəyyən edilmişdi. Lakin yeni qərarla bu siyahıdan çıxmaq üçün də hüquqi əsaslar yaradılmışdır.

Riskli vergi ödəyicisi statusunun ləğvi üçün iki əsas şərt müəyyən edilib:

✅ Əmtəəsiz əməliyyatların həqiqiliyinin sübut edilməsi – Vergi ödəyicisi, həyata keçirdiyi əməliyyatların real olduğunu təsdiqləməlidir.

✅ Maliyyə sanksiyalarının ödənilməsi – Əgər vergi ödəyicisi əmtəəsiz əməliyyatlarla bağlı Vergi Məcəlləsinin 58.15-1-ci maddəsinə əsasən tətbiq olunan maliyyə sanksiyasını tam şəkildə ödəyərsə, riskli vergi ödəyicisi siyahısından çıxmaq hüququ əldə edir.

Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən, əmtəəsiz əməliyyat apardığı sübut olunan vergi ödəyicisinə aşağıdakı cərimələr tətbiq olunur:
📌 İlk dəfə – 10% maliyyə sanksiyası
📌 İkinci dəfə – 20% maliyyə sanksiyası
📌 Üç və daha çox hal – 40% maliyyə sanksiyası

Tətbiq olunan sanksiyalar tam ödənildikdən sonra vergi ödəyicisi riskli siyahıdan çıxmaq imkanı əldə edir.

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

1256244

Vergi və Vergitutma

Vergi və Vergitutma

Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir

Vergi hesabatlarını hər il düzgün şəkildə hazırlanmaq və təqdim edmək lazımdır. Bu, iş sahiblərinin maliyyə planlaması və məhsuldarlığı üçün vacibdir. Vergi tənzimləmələri ilə bağlı mütəmadi yeniliklər olduğu üçün, peşəkar maliyyə xidmətləri – Abacus Audit şirkəti tərəfindən göstərilən xidmətlər, əhəmiyyətli ola bilər. Abacus Audit şirkəti, vergi hesabatları və maliyyə əməliyyatlarınızı effektiv şəkildə idarə etmək üçün sizə xidmət təklif edilir.

Vergi növlərinin bir hissəsi:

  • Fiziki şəxslərin gəlir vergisi, şəxsin əldə etdiyi maaş, sənədləşdirilməmiş gəlir və əlavə qazanclar kimi gəlirlərinə əsasən hesablanan və dövlətə təhvil verilməsi məcburi olan bir vergi növüdür.
  • Hüquqi şəxslərin mənfəət vergisi, bələdiyyə mülkiyyətində olmayan müəssisə və təşkilatlar kimi bələdiyyə mülkiyyətində olmayan müəssisə və təşkilatlardan gəlir əldə edən hüquqi şəxslərin ödəməli olduğu vergidir.
  • Sadələşdirilmiş vergi, vergi ödəyicilərinin hesabatlarını və ödəmələrini daha asan və sadə hala gətirən bir vergiləşdirmə rejimidir, xüsusilə kiçik və orta ölçüdə işlər üçün tətbiq olunur
  • Əlavə dəyər vergisi, müəssisələrin və ya şəxslərin istehsal etdiyi və ya satdığı məhsulların dəyərinə əlavə olaraq əlavə edilən dövlət vergisidir.
  • Aksizlər, müəssisələrin və şəxslərin müəyyən məhsulları alarkən və ya satarkən ödəməli olduğu dövlət vergiləridir.

Vergi haqqında daha dərin məlumat almaq və maliyyələrinizi düzgün idarə etmək istəyirsinizsə, peşəkarların köməyindən istifadə etmək məqsədəuyğundur. Abacus Audit – sizin vergi işlərinizi və maliyyə öhdəliklərinizi düzgün yerinə yetirmək üçün təqdim edilmiş peşəkar maliyyə xidmətləri ilə sizə kömək edə bilər.

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

 

15677844053238636579_1000x669-1

Hüquqi və fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar

Hüquqi şəxsin ləğv edilməsi proseduru haqqında

Normativ sənədlər:

Kommersiya və publik hüquqi şəxslərin (bundan sonra – hüquqi şəxs) ləğv edilməsi proseduru Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Vergi Məcəlləsinin müddəaları, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu, “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları” ilə tənzimlənir.

Müraciət forması:  

Kağız (əlbəəl və ya poçt vasitəsi ilə).

Ərizənin təqdim olunduğu vergi orqanı:

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, Ərazi Vergilər Baş İdarəsinin və Ərazi Vergilər İdarəsinin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla).

Hüquqi şəxsin ləğv edilməsi əsasları:  

Mülki Məcəllənin 59-cu maddəsinə əsasən hüquqi şəxs aşağıdakı hallarda ləğv oluna bilər:

  • Təsisçilərinin və ya nizamnamə ilə buna vəkil edilmiş orqanının qərarı ilə;
  • Hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda;
  • Müflis elan olunduqda.

Hüquqi şəxsin “ləğv prosesində” olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün qeydiyyat orqanına təqdim edilən sənədlər:

Ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində hüquqi şəxsin aşağıdakı sənədlərini qeydiyyat orqanına təqdim etməlidir:

  • Ərizə (“Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında” Ərizə);
  • Ləğvetmə barədə qərar;
  • Ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat;
  • Hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti (60 gündən az ola bilməz) haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd;
  • Möhür.

Hüquqi şəxs müflis elan olunduqda müflis elan edilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya borclu müəssisənin müflis elan olunması barədə kreditorların ilkin yığıncağının qərarı qeydiyyat orqanına təqdim olunmalıdır.

Qeyd olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olmadıqda qeydiyyat orqanı 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeydi hüquqi şəxslərin dövlət reyestrinə daxil edir, ləğvetmə komissiyasının üzvlərini və ya təsviyəçini qanuni təmsilçi kimi qeyd edib reyestrdən çıxarışı təqdim edir. Bundan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir.

Ərizənin qəbulu zamanı yoxlanılmalı və məlumatlandırılmalı məsələlər:

Vergi ödəyicilərinin uçot məlumat bazasında dövlət qeydiyyatı və vergi uçotu ləğv edilən hüquqi şəxslər barədə aşağıdakı halların mövcud olub-olmaması yoxlanılmalı və yoxlamanın nəticəsi olaraq məlumatlandırılmalıdır:

  • Qeydiyyatı və uçotu ləğv edilən hüquqi şəxsin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin mövcudluğu;
  • Hüquqi şəxsin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olub-olmaması;
  • Hüquqi şəxsin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotunda olub-olmaması;
  • Hüquqi şəxsin uçota alındığı təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə nəzarət-kassa aparatının qeydiyyatda olub-olmaması;
  • Hüquqi şəxsin uçota alındığı təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə POS-terminalının qeydiyyatda olub-olmaması;
  • Hüquqi şəxsin aktiv bank hesablarının olub-olmaması;
  • Hüquqi şəxsin dövlət büdcəsinə vergi borcunun olub-olmaması;
  • Hüquqi şəxsin təqdim edilməmiş bəyannamələrinin (hesabatlarının) olub-olmaması.

Qeyd olunan hallardan biri olduqda hüquqi şəxs tərəfindən həmin halların aradan qaldırılması ilə əlaqədar zəruri işlər (aktiv uçot vahidlərinin bağlanılması ilə əlaqədar ərizə və sənədləri, təqdim edilməmiş bəyannamələri təqdim etmək, dövlət büdcəsinə vergi borcunun ödənilməsi və s) görülməlidir.

Hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün qeydiyyat orqanına təqdim olunan sənədlər:

Ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:

  • Ləğvetmə balansı;
  • Qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabat və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənəd (iştirakçılarla son hesablaşmanın aparıldığını təsdiq edən akt, iştirakçıya ayrılan məbləğin onun adına bankda açılmış hesaba ödənildiyini təsdiq edən hesabdan çıxarış, ödəniş sərəncamı və digər ödəniş sənədi);
  • Hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli, üzərində “ləğv prosesindədir” yazılmış möhür;
  • Səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair Maliyyə Bazarlarına Nəzarət Palatasının arayısı.

Təqdim olunmuş sənədlər qanunvericiliyin tələblərinə uyğun olduqda qeydiyyat orqanı sənədləri aldığı vaxtdan 7 gün müddətində hüquqi şəxsin dövlət reyestrdən çıxarılmasını təmin edir.

Hüquqi şəxsin ləğv olunması üçün müddət:

Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğvetmə prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur. Bu halda hüquqi şəxslərin dövlət reyestrindən hüquq şəxsin ləğvetmə prosesində olması barədə qeyd çıxarılmaqla, təqdim edilmiş sənədlər bildirişlə ləğvetmə komissiyasına (təsviyəçiyə) təqdim olunur.

Qeyd: Xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsinə kommersiya və publik hüquqi şəxslərin ləğvi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalar tətbiq edilir.

  • Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar

Normativ sənədlər: 

Azərbaycan Respublikasının Vergi Məcəlləsi, “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”, “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”.

Müraciət forması:  

Kağız (əlbəəl və ya poçt vasitəsi ilə) və ya elektron.

Təqdim edilən ərizənin forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilir.

Vergi orqanına təqdim edilən ərizələr yalnız fiziki şəxs, onun səlahiyyətli nümayəndəsi (notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında səlahiyyət verilmiş şəxs) və ya varisi (himayəçisi və ya qəyyumu) tərəfindən imzalanaraq təqdim edilə bilər.

  • Kağız daşıyıcısında ərizə bilavasitə uçotda olduğu vergi orqanına gəlməklə (vergi orqanlarının xidmət sturkturlarına) və ya poçt vasitəsilə təqdim edilir.
  • Elektron formada isə İnternet Vergi idarəsinin (www.taxes.gov.az) saytı üzərindən vergi orqanına göndərilə bilər.

Uçotdan çıxarılma halları:

Vergi Məcəlləsinin 34.7.3-cü maddəsinə əsasən fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:

  • Fiziki şəxsin fəaliyyətinə xitam verildikdə;
  • Fiziki şəxs məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;
  • Fiziki şəxs vəfat etdikdə.

Təqdim edilən sənədlər:

  • Fiziki şəxsin fəaliyyətinə xitam verildikdə – “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” forması və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli;
  • Fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda – məhkəmənin müvafiq qərarı və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli;
  • Fiziki şəxs vəfat etdikdə – ölüm haqqında şəhadətnamə və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli.

Ərizə elektron formada təqdim edildikdə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə fiziki şəxs vergi uçotundan çıxarılanadək vergi orqanına təhvil verilməlidir.

Vergi uçotundan çıxarılan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsi itmişdirsə, bu barədə fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi vergi orqanına məlumat verir. Fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldığı və ya fiziki şəxs vəfat etdiyi hallarda fiziki şəxsin varisi (himayəçisi və ya qəyyumu) olmadıqda və fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsi tapılmadıqda onun vergi uçotundan çıxarılması üçün şəhadətnamənin vergi orqanına təqdim edilməsi tələb edilmir.

Ərizənin qəbulu zamanı yoxlanılmalı və məlumatlandırılmalı məsələlər: 

Vergi ödəyicilərinin uçot məlumat bazasında vergi uçotundan çıxarılan şəxs barədə aşağıdakı halların (aktiv uçot vahidlərinin) mövcud olub-olmaması yoxlanılmalı və yoxlamanın nəticəsi olaraq məlumatlandırılmalıdır:

  • Fiziki şəxsin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi barədə ərizənin təqdim edilməsi;
  • Fiziki şəxsin təsərrüfat subyektinin (obyektin) uçotdan çıxarılması barədə ərizənin təqdim edilməsi;
  • Fiziki şəxsin təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış nəzarət-kassa aparatlarının qeydiyyatdan çıxarılması barədə ərizənin təqdim edilməsi;
  • Fiziki şəxsin təsərrüfat subyektində (obyektində) olduğu yer üzrə qeydiyyata alınmış POS-terminalların qeydiyyatdan çıxarılması;
  • Fiziki şəxsin aktiv bank hesablarının bağlanılması;
  • Müraciətin edilməsi tarixinə, fiziki şəxsin dövlət büdcəsinə vergi borcunun ödənilməsi;
  • Təqdim edilməmiş bəyannamələrin (hesabatların) vergi orqanına təqdim edilməsi.

Vergi uçotundan çıxarılma barədə ərizə ilə əlaqədar vergi ödəyicisi tərəfindən yerinə yetirilən proseduralar:

5.1.-5.7-ci bənddə göstərilən hallardan biri olduqda fiziki şəxs tərəfindən həmin halların aradan qaldırılması ilə əlaqədar zəruri işlər (aktiv uçot vahidlərinin bağlanılması ilə əlaqədar ərizə və sənədləri, təqdim edilməmiş bəyannamələri təqdim etmək, dövlət büdcəsinə vergi borcunun ödənilməsi) görülməlidir.

Nəticə: 

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

1610008267_imza

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 87; 2015, № 8, maddə 910; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 377, № 10, maddə 1778; 2018, № 10, maddə 2001; 2019, № 5, maddə 857; 2020, № 6, maddə 707; 2021, № 5, maddə 450; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 iyul tarixli 1766 nömrəli və 2 avqust tarixli 1784 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 4.5-2-ci bəndinə “yoxlama başa çatanadək)” sözlərindən sonra “, habelə səyyar vergi yoxlaması zamanı yoxlamanın əhatə etdiyi dövr Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-1-ci maddəsinə uyğun olaraq artırıldıqda, bu barədə qərarın qəbul edildiyi vaxtdan 1 iş günü müddətində” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 avqust 2022-ci il

Mənbə: https://president.az/az/articles/view/56989

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

SANCTIONS

Maliyyə sanksiyası və inzibati cərimə

  1. Vergi Məcəlləsinin 57.1-ci maddəsinə uyğun olaraq vergi hesabatını, habelə hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyat əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatı əvəzinə arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
  2. Vergi Məcəlləsinin 59.1-ci və 59.2-ci maddələrinə əsasən vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bu faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.
  3. İnzibati Xətalar Məcəlləsinin 461.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas olmadan müəyyən edilən müddətdə Dövlət Vergi Xidmətinə təqdim edilməməsi (həmin sazişlərdə başqa qaydalar nəzərdə tutulduğu hallar istisna olmaqla) vəzifəli şəxslər 50 manat miqdarında cərimə edilir.
  4. İnzibati Xətalar Məcəlləsinin 461.2-ci maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət rüsumunun tutulması barədə hesabatın Dövlət Vergi Xidmətinə  təqdim edilməməsi, vəzifəli şəxslər 50 manat miqdarında cərimə edilir.
  5. İnzibati Xətalar Məcəlləsinin 467-ci maddəsinə əsasən Dövlət rüsumunun ödənilməsi qaydalarının pozulmasına görə, yəni: dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxs tərəfindən dövlət rüsumunun düzgün tutulmaması, yaxud dövlət büdcəsinə vaxtında və ya tam ödənilməməsi, vəzifəli şəxslər 500 manatdan 700 manatadək cərimə edilir.

 

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659