4

Beynəlxalq Olmayan Daşımalar Artıq Vergidən Azaddır

Artıq beynəlxalq olmayan daşımalar vergidən azaddır — bu isə daşımalar sektorunda fəaliyyət göstərən şirkətlər üçün real fürsətdir.

Bu dəyişiklik sadəcə rəsmi elan deyil, doğru tətbiq edildikdə sizin üçün ciddi xərclərə qənaət deməkdir.

Abacus Audit sizə bu fürsəti düzgün şəkildə dəyərləndirməyə, qanunvericiliyin incəliklərini nəzərə alaraq vergi yükünüzü azaltmağa dəstək olur.

Unutmayın: qanundan düzgün istifadə etməyənlər üçün fürsət, riskə çevrilə bilər.

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

2

Riskli Vergi Ödəyicisi Siyahısından Çıxma ilə Bağlı Yeni Qaydalar

Riskli vergi ödəyicisi siyahısından çıxma ilə bağlı yeni qaydalar:

Nazirlər Kabinetinin 21 noyabr 2024-cü il tarixli qərarı ilə riskli vergi ödəyicisi siyahısından çıxmaq üçün prosedur və şərtlər təsdiqlənmişdir. Bununla əlaqədar olaraq, Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarına dəyişiklik edilmişdir.

Qeyd edək ki, 2020-ci ildə təsdiqlənmiş meyarlarda yalnız riskli vergi ödəyicisi siyahısına daxil olma qaydaları müəyyən edilmişdi. Lakin yeni qərarla bu siyahıdan çıxmaq üçün də hüquqi əsaslar yaradılmışdır.

Riskli vergi ödəyicisi statusunun ləğvi üçün iki əsas şərt müəyyən edilib:

✅ Əmtəəsiz əməliyyatların həqiqiliyinin sübut edilməsi – Vergi ödəyicisi, həyata keçirdiyi əməliyyatların real olduğunu təsdiqləməlidir.

✅ Maliyyə sanksiyalarının ödənilməsi – Əgər vergi ödəyicisi əmtəəsiz əməliyyatlarla bağlı Vergi Məcəlləsinin 58.15-1-ci maddəsinə əsasən tətbiq olunan maliyyə sanksiyasını tam şəkildə ödəyərsə, riskli vergi ödəyicisi siyahısından çıxmaq hüququ əldə edir.

Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən, əmtəəsiz əməliyyat apardığı sübut olunan vergi ödəyicisinə aşağıdakı cərimələr tətbiq olunur:
📌 İlk dəfə – 10% maliyyə sanksiyası
📌 İkinci dəfə – 20% maliyyə sanksiyası
📌 Üç və daha çox hal – 40% maliyyə sanksiyası

Tətbiq olunan sanksiyalar tam ödənildikdən sonra vergi ödəyicisi riskli siyahıdan çıxmaq imkanı əldə edir.

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

nizamname

Nizamnamə Kapitalını Vaxtında Ödəməsəniz 2000 AZN-dək Cərimələnəcəksiniz

Nizamnamə Kapitalının Ödənilməsi ilə Bağlı Vacib Məlumatlar

Şirkət rəsmi qeydiyyatdan keçdikdən sonra nizamnamə kapitalını ən gec 90 gün ərzində ödəməlidir (nizamnamədə daha qısa müddət göstərilə bilər). Ödənilmiş məbləği təsdiq edən ödəniş qəbzini isə maksimum 5 gün ərzində vergi orqanına təqdim etmək zəruridir.

Bu qaydalara əməl edilmədikdə aşağıdakı cərimələr tətbiq oluna bilər:

🔹 Nizamnamə kapitalının vaxtında ödənilməməsi:

● Direktor və ya vəzifəli şəxslər üçün 1000 AZN
● Hüquqi şəxs üçün 2000 AZN

🔹 Ödənişi təsdiq edən sənədin vergi orqanına təqdim olunmaması:

● Vəzifəli şəxs üçün 500 AZN
● Hüquqi şəxs üçün 1000 AZN

Qaydaları vaxtında yerinə yetirin və cərimələnməyin!

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

1256244

Vergi və Vergitutma

Vergi və Vergitutma

Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir

Vergi hesabatlarını hər il düzgün şəkildə hazırlanmaq və təqdim edmək lazımdır. Bu, iş sahiblərinin maliyyə planlaması və məhsuldarlığı üçün vacibdir. Vergi tənzimləmələri ilə bağlı mütəmadi yeniliklər olduğu üçün, peşəkar maliyyə xidmətləri – Abacus Audit şirkəti tərəfindən göstərilən xidmətlər, əhəmiyyətli ola bilər. Abacus Audit şirkəti, vergi hesabatları və maliyyə əməliyyatlarınızı effektiv şəkildə idarə etmək üçün sizə xidmət təklif edilir.

Vergi növlərinin bir hissəsi:

  • Fiziki şəxslərin gəlir vergisi, şəxsin əldə etdiyi maaş, sənədləşdirilməmiş gəlir və əlavə qazanclar kimi gəlirlərinə əsasən hesablanan və dövlətə təhvil verilməsi məcburi olan bir vergi növüdür.
  • Hüquqi şəxslərin mənfəət vergisi, bələdiyyə mülkiyyətində olmayan müəssisə və təşkilatlar kimi bələdiyyə mülkiyyətində olmayan müəssisə və təşkilatlardan gəlir əldə edən hüquqi şəxslərin ödəməli olduğu vergidir.
  • Sadələşdirilmiş vergi, vergi ödəyicilərinin hesabatlarını və ödəmələrini daha asan və sadə hala gətirən bir vergiləşdirmə rejimidir, xüsusilə kiçik və orta ölçüdə işlər üçün tətbiq olunur
  • Əlavə dəyər vergisi, müəssisələrin və ya şəxslərin istehsal etdiyi və ya satdığı məhsulların dəyərinə əlavə olaraq əlavə edilən dövlət vergisidir.
  • Aksizlər, müəssisələrin və şəxslərin müəyyən məhsulları alarkən və ya satarkən ödəməli olduğu dövlət vergiləridir.

Vergi haqqında daha dərin məlumat almaq və maliyyələrinizi düzgün idarə etmək istəyirsinizsə, peşəkarların köməyindən istifadə etmək məqsədəuyğundur. Abacus Audit – sizin vergi işlərinizi və maliyyə öhdəliklərinizi düzgün yerinə yetirmək üçün təqdim edilmiş peşəkar maliyyə xidmətləri ilə sizə kömək edə bilər.

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

 

Audit Compliance Evaluation Financial Statement Concept

Audit Yoxlaması Nədir və Nə üçün vacibdir

Audit, şirkətlərin maliyyə və iş proseslərini təhlil edərək, məlumatların doğruluğunu və güvənirliliyini yoxlayan təhlükəsizlik prosesidir. Bu proses, bir şirkətin fəaliyyətinin və maliyyə siyasətinin təhlükəsiz və əhəmiyyətli olmasını təmin edir. Audit yoxlamasının şirkətlər üçün ən əhəmiyyətli faydası, iş əməliyyatları ilə bağlı dəqiqlik və transparensiyanın təmin edilməsidir.

Auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.

Audit yoxlaması 2 növ olur:

  • məcburi
  • könüllü (müəssisənin öz təşəbbüsü ilə)

Məcburi Audit- İcbari Audit

İcbari Audit yoxlaması, Azərbaycan Audit palatasının tələblərinə əsasən, Qapalı və Açıq Səhmdar Cəmiyyətləri, habelə Məhdud Məsuliyyətli Cəmiyyətləri əhatə edir. İcbari (Məcburi) Audit yoxlaması ildə bir dəfə həyata keçirilməlidir. Məhdud Məsuliyyətli Cəmiyyətlərdə isə işçi sayı 51-dən yuxarı olduqda, və ya illik pul dövriyyəsi 3 milyondan çox olduqda. Bu hallarda icbari audit tələb olunur. Əks halda, qanun nəzərdə tutulmuş qaydada şirkətlərə sanksiyalar tətbiq edilir. Audit xidmətləri, şirkətlərə maliyyə fəaliyyətləri ilə bağlı məlumatların düzgün və dəqiqlik dərəcəsini yoxlama imkanı verir. Bu, şirkətlərin maliyyə siyasətini, hesabatları və operativ qərarlarını dəqiqliklə idarə etmələrini təmin edir.

İndi isə Azərbaycan şirkətləri üçün audit yoxlamasının üstünlüklərinə bir nəzər yetirək:

  1. Ətraflı Analiz və Qiymətləndirmə: Audit, şirkətin bütün maliyyə məlumatlarını, iş proseslərini və fəaliyyətini ətraflı şəkildə təhlil edir. Bu, şirkətin nəzarətdə saxlanılmasına və mənfi halların və potensial risklərin zamanında aşkar edilməsinə kömək edir. Auditorlarımız, maliyyə məlumatlarını dəqiq şəkildə analiz edərək şirkətin iş proseslərinin nəzarətdə saxlanılmasını təmin edir. Bu, şirkətin gələcəkdə nələrinin daha effektiv olacağını proqnozlaşdırmaqda kömək edir.
  2. Qanuni Tələblərə Uyğunluq: Azərbaycanın Audit palatasının və beynəlxalq standartlara uyğunluğu audit yoxlaması vasitəsilə yoxlanır. Bu, şirkətin qanuni tələblərə və standartlara uyğun fəaliyyət göstərdiyini sübut edir.
  3. Risklərin İdentifikasiyası və İdarə edilməsi: Audit yoxlaması zamanı, şirkətin mövcud və potensial riskləri müəyyən edilir və bu risklərin effektiv şəkildə idarə olunması üçün tövsiyələr verilir. Bu, şirkətin səmərəliliyini artırır və nailiyyətli planlaşdırma imkanı yaradır. Auditorlarımız, şirkətin müvafiq iş proseslərinin təhlükəli sahələrini və risk faktorlarını dəqiqləşdirir və idarə etmək üçün ən yaxşı tədbirləri tövsiyə edir.
  4. Ümumi İdarəetmə Performansının İncələnməsi: Audit prosesi, şirkətin idarəetmə sistemlərini və proseslərini dəqiqləşdirir. Bu, iş proseslərinin effektivliyini artırmaq üçün tövsiyələr təqdim edərək şirkətin inkişafına kömək edir.  Auditorlarımız, şirkətin idarəetmə strukturlarını, səmərəliliyini və nəzarət mekanizmlərini qiymətləndirir və yaxşılaşdırma üçün tövsiyələr təqdim edir.
  5. Hissədarların və İnvestorların Güvəni: Audit yoxlaması, şirkətin hissədarlarına və potensial investisiyaçılara güvən yaradır. Audit olmadan, şirkət maliyyələri və fəaliyyəti ilə bağlı təxmin edilən risklərə dair real güvən yaratmaq mümkün olmaz.

Audit yoxlaması, şirkətlərin maliyyə fəaliyyətləri ilə bağlı dəqiqlik və dərəcəni yoxlamaq üçün ən əlverişli yol olaraq qəbul edilir. Audit prosesi, şirkətlərin maliyyə siyasəti və prosedurlarının effektivliyini və effektivliyini yoxlamağı və optimallaşdırmağı təmin edir. Audit xidmətləri, maliyyə hesabatlarının düzgünlüyünü yoxlamağı və şirkətlərin maliyyə keyfiyyətini artırmaq üçün vacibdir. Audit, şirkətlərin maliyyə siyasəti və prosedurlarının effektivliyini və dəqiqliyini yoxlamaq üçün vacibdir. Bu, şirkətlərin maliyyə fəaliyyətləri ilə bağlı dəqiqlik və transparensiyanın təmin edilməsi üçün ən əlverişli yolların biri olaraq qəbul edilir.

Audit yoxlamasının şirkətlərə tətbiq edilməsinin səbəblərindən biri də maliyyə siyasəti və prosedurlarının dəqiqliyini və effektivliyini yaxından nəzarət altında saxlamaqdır. Audit yoxlaması prosesi, şirkətlərin maliyyəsi ilə bağlı prosedurlarının və iş əməliyyatlarının effektivliyini qiymətləndirir. Bu, şirkətlərə maliyyə fəaliyyətləri ilə bağlı məlumatların dəqiqliyini və dərəcəsini təmin etmək üçün vacibdir. Audit prosesi, şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini yoxlamağa və dərəcəni artırmağa kömək edir.

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

Odenishsiz-Xidmet

“Abacus Audit & Consulting” LLC-dən Ödənişsiz Xidmət

Mühasibat və vergi uçotu istənilən şirkət üçün çox önəmlidir. Bu uçotların dəqiq və etibarlı şəkildə həyata keçirilməsi şirkətin maliyyə sağlamlığını gücləndirməyə və möhkəmləndirməyə kömək edir.
Mühasibat və vergi uçotunun mürəkkəbliyini və vacibliyini nəzərə alsaq, şirkətin maliyyə işlərini mütəxəssislərin öhdəsinə vermək böyük üstünlükdür.

“Abacus Audit & Consulting” LLC bu xidmətləri peşəkarcasına yerinə yetirən mütəxəssislərdən ibarət etibarlı şirkətdir. Əməkdaşlıq çərçivəsində siz təcrübəli və etibarlı mühasibat və audit komandası ilə əməkdaşlıq etmək imkanı əldə edirsiniz.

“Abacus Audit & Consulting” LLC yeni müştərilərinə çox sərfəli kampaniya təklif edir.

Bizimlə əməkdaşlığa yeni başlayan müştərilərimiz ilk ay ərzində mühasibat, vergi uçotu və konsultasiya xidmətlərimizdən tamamilə ödənişsiz şəkildə yararlana biləcəklər. Bu, yalnız maliyyə baxımından sərfəli təklif deyil, həmçinin sizə etibarlılıq və keyfiyyət vəd edən bir təklifdir. Yəni kampaniya çərçivəsində biz sizə yalnız ödənişsiz xidmət deyil, həmçinin işimizin keyfiyyətini göstərərək şirkətimizin etibarlılığını təqdim edirik.

“Abacus Audit & Consulting” LLC-nin təqdim etdiyi vergi uçotu və konsultasiya xidmətləri ilə siz biznesinizin maliyyə sağlamlığını möhkəmləndirə, daha yaxşı qərarlar qəbul edə və hədəflərinizə daha sürətli çata bilərsiniz.

Qeyd: Kampaniya 2023-cü ilin iyun, iyul və avqust aylarında “Abacus Audit & Consulting” LLC ilə əməkdaşlığa başlayacaq şirkətlər üçün keçərlidir.

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659