3

Biznes Kartla Xaricdə Ödəniş Edən Sahibkarların Diqqətinə!

Xaricdə biznes kartla ödəniş edən sahibkarların diqqətinə!

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, əgər qeyri-rezidentdən elektron ticarət yolu ilə xidmət və ya iş alınırsa və bu xidmətlərə görə ödəniş həyata keçirilirsə, həmin məbləğə 18% ƏDV hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.

Məsələn, debet kart vasitəsilə ödəniş edildikdə, bu, fiziki şəxs tərəfindən həyata keçirilmiş əməliyyat kimi qəbul olunur və bank avtomatik olaraq 18% vergini tutaraq dövlət büdcəsinə köçürür. Lakin biznes kartla ödəniş zamanı bu məbləğ tutulmur, çünki biznes kart sahibkarın hesabına bağlıdır. Beləliklə, 18% ƏDV-nin ödənilməsi bankın deyil, birbaşa sahibkarın öhdəliyinə düşür və müvafiq qaydada dövlət büdcəsinə köçürülməlidir.

Maliyyə öhdəliklərinizi vaxtında və düzgün icra etməyiniz üçün bu məqamı nəzərə almağınızı tövsiyə edirik.

 

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

5

2025-ci ildə Vergi Məcəlləsində Dəyişikliklər

Vergi Məcəlləsinə edilən əlavə dəyişikliklərə əsasən, 2025-ci ildən dövriyyəsi 45,000 manata qədər olan bəzi mikro sahibkar fiziki şəxslər 3 işçisi olmadan da gəlirlərinə 75%-lik güzəştdən yararlana biləcək!

Bu fəaliyyət sahələri aşağıda qeyd olunanlardır:

– Proqram təminatının işlənməsi
– Layihə-dizayn və dekorasiya xidmətləri
– Tərcümə xidməti
– Reklam xidməti
– Araşdırma və tədqiqat
– Elm, təhsil, mədəniyyət və idman sahəsində xidmətlər
– Hüquq, sərbəst auditor, mühasibat və maliyyə məsləhətləri
– Jurnalistlərin fəaliyyəti
– Bazar konyunkturunun öyrənilməsi
– Qiymətləndirmə fəaliyyəti
– Kuryer fəaliyyəti
– Turizm bələdçiliyi
– Xidmətlərin ixracı

🔹 Kompleks xidmətlərimiz:

– Vergi hesablarının təqdim edilməsi
– Mühasibatlıq (əməliyyatların və maliyyə hesabatlarının toplanması)
– HR (işçilərin məlumatlarının sistemləşdirilməsi)
– Audit (risklərin idarə olunması)
– Hüquq (məhkəmə və hüquq məsələlərində dəstək)
– Tender (maliyyə hesabatlarının hazırlanması)
– Broker (idxal və ixrac əməliyyatlarının təşkili)

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

imagestesisci-1

Müəssisənin nizamnamə fonduna pay şəklində əsas vəsaitin qoyuluşu ƏDV-yə sıfır dərəcə ilə cəlb ediləcək

Məlum olduğu kimi, Vergi Məcəlləsinə əsasən, idxal edilən əmlak istisna olmaqla, müəssisənin nizamnamə kapitalına pay şəklində hər hansı əmlakın qoyulması ƏDV-dən azad olunan əməliyyat hesab edilirdi. Eyni zamanda, Vergi Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, ƏDV-dən azad edilən, yaxud ƏDV-yə cəlb olunmayan əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər və xidmətlər) alınarkən ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Bu baxımdan, Vergi Məcəlləsinin tələblərinə əsasən, aktivin nizamnamə kapitalına qoyulduğu zaman həmin aktivə görə ödənilib əvəzləşdirilmiş ƏDV məbləğlərinin yenidən dövlət büdcəsinə bərpa olunması təmin edilirdi.

Vergi Məcəlləsində edilmiş son dəyişikliklərə əsasən, ƏDV ödəyiciləri tərəfindən aparılan belə əməliyyatlar üzrə vergi ödəyicisinin vergi yükünün azaldılması və investisiya qoyuluşlarının stimullaşdırılması məqsədilə müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində əsas vəsaitlərin qoyulması ƏDV-yə sıfır dərəcə ilə cəlb ediləcək. Belə ki, əsas vəsaitlərin pay şəklində qoyuluşu onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda, qeyd olunan əməliyyat ƏDV-yə sıfır dərəcə ilə cəlb ediləcək və həmin əsas vəsaitlərə görə ödənilmiş ƏDV məbləğləri əvəzləşdiriləcək.

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659

Picture1

ƏDV qaytaran xidmət və məhsullar – ARAŞDIRMA

Son bir neçə ildə əhalinin böyük marağına səbəb olmuş layihələrdən biri də alınmış mallara və xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri alınmasıdır.

Təsadüfi deyil ki, ən son məlumata görə, ƏDV-nin bir hissəsinin qaytarılması üçün “www.edvgerial.az” portalında 1,9 milyona yaxın istifadəçi qeydə alınıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı axırıncı məlumata görə, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732 milyon 105 min 401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303 milyon 851 min 384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Bəs ƏDV-ni harada və hansı məhsullar üzrə geri almaq olur?

Bu barədə Dövlət Vergi Xidməti tərəfindən xeyli maarifləndirici məlumatlar paylaşılsa da, əhalinin müəyyən hissəsində sual yaradan məqamlar var.

APA bu barədə araşdırma edərək ƏDV-ni geri qaytaran xidmət və məhsullara bir daha aydınlıq gətirib.

Qeyd edək ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də bu vergi növünün ödəyicisi olmalıdır. O da əlavə edilməlidir ki, ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

Məlumdur ki, buğda ununun və çörəyin, heyvan və quş ətinin satışı 2024-cü ilədək ƏDV-dən azad edilib. Həmçinin bu ildən kitabların satışına da ƏDV tətbiqi aradan qaldırılıb.

Eyni zamanda, cari ildən üç il müddətində kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV malın bütöv məbləğindən deyil, ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Bu da o deməkdir ki, həmin məhsullara hesablanan ƏDV məbləği də digər məhsullarla müqayisədə azdır.

Ancaq burada bir məqam da var ki, ƏDV-nin bir hissəsinin qaytarılması bu vergi tətbiq edilən heç də bütün məhsullara şamil edilmir. Vergi Məcəlləsinin 165.5-ci maddəsində ƏDV-nin bir hissəsinin qaytarılmadığı məhsullar müəyyən edilib. Buraya neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları aiddir.

Lakin o da vurğulanmalıdır ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən fiziki şəxs olan istehlakçılara göstərilmiş tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin də bir hissəsinin geri qaytarılması həyata keçirilir.

Hazırda qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. 2023-cü ildən isə nağdsız qaydada ödənilmiş ƏDV-nin 20 faizinin, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizinin geri qaytarılacağı gözlənilir.

Lakin burada da istisna var. Belə ki, cari ildən fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin geri qaytarılan hissəsi onun 30 faizini təşkil edir. Vergi Məcəlləsinin 165.6-cı maddəsinə görə, bu, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

🔎 Daha ətraflı məlumat və hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın.

✉️ E-poçt: [email protected] | 📲 Mob: +99455 2134939 | ☎️ Tel: +99412 3108659